.

Xəzər İntellektual Gənclər Klubu Peşəkar İntellekt Liqası - VIII TUR

Qiymətləndirmə cədvəli

Sualları 5 ballıq sistem üzrə qiymləndirə bilərsiniz.

Защищено

“İKS şahmatı”nda istifadə edilən fiqurlardan biri təkbuynuz adlanır. İKS-lə əvəz edilmiş saitləri müxtəlif olan beşhərfli sözü deyin. Cavab: Nağıl Sayılma meyarı: Fairy Şərh: “Nağıl şahmatl” şahmat kompozisiyalarının qurulması üçün istifadə edilən xəyali oyun növüdür. Təkbuynuz nağılların personajıdır.

1930-cu ildə çəkilmiş “Lətif” filmində aktrisa Həqiqət Rzayeva BURAXILMIŞ İKİ SÖZ rolunu oynamışdır. “BURAXILMIŞ İKİ SÖZ” filmində isə o nənəni oynamışdı. BURAXILMIŞ İKİ SÖZÜ yazın. Cavab: Ögey ana Sayılma meyarı: dəqiq cavab

Albaniyanın ONUS dəb evinin hazırladığı neonlu yaşıl dona əl əməyi ilə düzəlişlərin edilməsinə 60 saat vaxt sərf edilib. Siz isə bundan əvvəl hansı prosesə 240 saat vaxt sərf edildiyini iki simvol və bir neçə sözün köməyi ilə yazın. Cavab: donun 3D printerdə çap edilməsi Sayılma meyarı: dəqiq cavab

“Gizli fiqurlar” bədii filmində hadisələr 60-cı illərdə NASA-nın ofisində cərəyan edir. Epizodların birində menecer əlində ağır çəkiclə otaqlardan birinin qapısının üst divarını dağıdır. Siz isə belə tədbirlərin görülməsinə səbəb olanı yazın. Cavab: İBM 7090 Sayılma meyarı: İBM Hesablama maşını; Elektron hesablama maşını; İBM kompüteri; kompüter Şərh: Hesablamalar otağına İBM 7090 gətirirlər və məlum olur ki o bu qapıdan içəri keçmir

Qonçarovun personajı nəyi yaxşıca təmizlənmiş mis ləyənlə müqayisə edir və şairləri ələ salır? Cavab: Ay Sayılma meyarı: dəqiq cavab Şərh: Qonçarovun ən məşhur personajı Oblomovdur. Bildiyimiz kimi, o divanda uzanaraq psevdofəlsəfi söhbətlər aparır. Divanda uzanan adamın göydə olan obyekt haqqında danışması ipucu ola bilərdi.

Venesiya mətbəxi haqqında yazan Aleksandr Genis bildirir ki, venesiyalılar şorbanı elə bişirirlər ki, elə bil su qaynadanı ONUN içinə salmısan. Maraqlıdır ki, Başqa O haqqında Vikipediya məqaləsində 1984-cü ilə aid “İxtiologiya” və 2003-cü ilə aid “Balıqçının mahnıları” da xatırlanır. Onu əcnəbi sözlə deyin. Cavab: Akvarium Sayılma meyarı: dəqiq cavab Şərh: Venesiya suda yerləşdiyi üçün təbii ki, yeməklərdə də balıqdan bol istifadə edilir. “Akvarium” məşhur sovet-rus rok-qrupudur.

Marko Polo Xubilayın çoxlu daş-qaş aldığını təsvir edərkən tacirlərin BUNA olan etibarı səyyahda səmimi təəccüb yaradır. Daha sonra o yazır: “Deyəsən Böyük Xan əlkimyanın sirlərinə yiyələnib”. Bunun nə olduğunu bir və ya iki sözlə yazın. Cavab: kağız pul Sayılma meyarı: banknot; əskinas; çao Şərh: Marko təəccüblənir: axı niyə tacirlər qiymətli rubinləri və sapfirləri kağız-kuğuza dəyişirlər. O dövrdə Avropada kağız pul hələ məlum deyildi.

Biz əvvəlcə bu şəhər haqqında sualı rekvizitlə vermək istəsək də, sonra bu ideyadan imtina etdik. Çünki rekvizitdəki şəhəri bəziləri Cenevrəyə, bəziləri Bazelə, bəziləri Montröyə bənzədəcəkdi. Boden gölünün sahilində yerləşən və təxminən 9 min adamın yaşadığı bu şəhərin adını yazın. Cavab: Rorşah Sayılma meyarı: dəqiq cavab

Şimal Buzlu Okeanında yaşayan dəniz mələkləri haqqında bir məqalədə deyilir ki, bir mövsüm ərzində bir mələk 500-dək İKS yeyir. İKS-lə əvəz edilmiş altıhərfli sözü yazın. Cavab: şeytan Sayılma meyarı: dəqiq cavab Şərh: Yırtıcı dəniz mələkləri əsasən dəniz şeytanları ilə qidalanırlar

XVI əsrdə baş vermiş bir hadisə ilə bağlı məqalədə yazılır ki, çox güman ki, o çəkic və mismardan deyil, çap dəzgahından istifadə etmişdi. Onun adını və soyadını yazın. Cavab: Martin Lüter Sayılma meyarı: dəqiq cavab Şərh: Bəziləri hesab edir ki, Lüterin 95 tezisi Vittenberqdəki kilsənin qapısına vurması nağıldır

Bir neçə il əvvəl açılmış bu yeni domenin yaradıcıları bildirirlər ki, domen informasiya texnologiyalarına fərqli dərəcədə cəlb edilmiş müxtəlif insan nəsillərini birləşdirməlidir. Söhbətin hansı domendən getdiyini yazın. Cavab: xyz Sayılma meyarı: dəqiq cavab Şərh: İnformasiya texnologiyalarına münasibətə görə bəşəriyyəti X, Y və Z nəsillərinə bölürlər.

Onun adını daşıyan mükafatın laureatları arasında Mozambik, Anqola və Kabo-Verdenin də nümayəndələri var. Onun özünü isə bir coğrafiyaçının Cənubi Amerikada səyahət edərkən düşdüyü pərtedici situasiyanın səbəbkarı saymaq olar. Həmin coğrafiyaçını tapın. Cavab: Jak Paqanel Sayılma meyarı: dəqiq cavab Şərh: Sadalanan ölkələr Portuqaliyanın keçmiş müstəmləkələridir. Bu ölkələrdə portuqaldilli ədəbiyyat var və Portuqaliyanın Kamoens mükafatını alan yazıçılar yetişir. Paqanel isə ispan dilini Kamoensin “Luziada” poeması əsasında öyrənirdi.

Sual müəllifi iddia edir ki, 07 aprel 2017-ci il tarixində Suriyada yerləşən aviabazaya raket zərbəsi endirilən zaman raketlərdən biri aviabazanın anbarında yığılmış minlərlə İKS-i də məhv etmişdi. Siz bu iddiaya inanmaya bilərsiz, öz işinizdir, amma nəzərə alın ki, aviabazanın əməkdaşları burada yeni olduqlarından və öz işlərinin peşəkarı olmadıqlarından, onlar minlərlə İKS-in anbarda yığılıb qalmasına şərait yaratmışdılar. İKS-lə əvəz edilmiş ikihecalı sözü tapın. Cavab: çaydan Sayılma meyarı: çaynik Şərh: Sual Rassellin çaydanı metodunun köməyilə qurulub. Aviabaza işçilərinin gördükləri

“Ərəbistanlı Lourens” bədii filmində Şərif Əli rolunu oynamaq əvvəlcə Alen Delona təklif etmişdi. Lakin aktyor BUNU ETMƏKdən imtina etdiyindən rol Ömər Şərifə verildi. BUNU ETMƏKlə əvəz edilmiş biri latın mənşəli iki sözü yazın. Cavab: linza taxmaq Sayılma meyarı: dəqiq cavab Şərh: Delonun gözləri göydür və bu ərəb tipajına uyğun deyil. Ona qəhvəyi linza taxmaqla gözünün rəngini dəyişmək təklif edilsə də, o imtina etmişdi.

Bu folklor personajının işinin çox olması əsaslandırılarkən o da qeyd edilir ki, amerikanlar sərt Texas mal ətindən hazırlanmış bifşteksi çox xoşlayırdılar. Söhbət hansı personajdan gedri? Cavab: Pol Banyan Sayılma meyarı: dəqiq cavab Şərh: Belə yeməkdən sonra ağacdan hazırlanmış diş çöplərindən çox istifadə ediləcək. Pol Banyan odunçudur.

1939-cu ildə onun Oksforddakı evində Londondan evakuasiya olunmuş qızlar yaşayırdı. O həmin qızlara nağıllar danışmağa başladı. Onu tapın. Cavab: Klayv Steypls Lyüis Sayılma meyarı: dəqiq cavab Şərh: Maraqlıdır ki, Lüis Kerroldan təxminən yüz il sonra qızlara nağıl danışan digər Oksford professoru da Lüis idi.

Viktoriya Finli yazır ki, Yuli Sezarın vaxtında hesab edilirdi ki, mirvarilər İKS-lərdir. Başqa İKS-lər haqqında mənbədə isə Kerol Çenninq və Merilin Monro xatırlanır. İKS-lə əvəz edilmiş dörd sözü yazın. Cavab: qızların ən yaxşı dostu Sayılma meyarı: qızların ən yaxın dostu Şərh: Qədimdə hesab edilirdi ki, mirvarilər qızların ən yaxşı dostlarıdır. Məşhur mahnıda isə bu rol brilyanta tapşırılıb.

Primorskda yerləşən Lesozavodsk şəhərindən olan Nikolay İvanov sumo məktəbinə qəbul olarkən ONU özünə sikona yəni təxəllüs qismində seçmişdi. Karavaconun “Yuxuda olan O” rəsmində O hətta yuxuda da silahını əlindən buraxmır. ONU bir sözlə deyin. Cavab: Amur Sayılma meyarı: dəqiq cavab Şərh: Məşhur rusiyalı sumoçu Nikolay İvanov Primorsk diyarında axan Amur çayının şərəfinə sikona qismində özünə Amur adını götürmüşdü. Karavaconun rəsmində isə söhbət ilah Amurdan gedir

Dizaynerlər Lara və Veqt “Parlamentlər” kitabında parlamentin formasının siyasi rejimlərlə əlaqəli olduğunu yazırlar. Məsələn, “İKS” forması avtoritar rejimlərə xasdır. Fallout Shelter oyununda sığınacaqdakı sakinlərin sayı 30-a çatanda onların intellekt parametrini artırmaq üçün İKS-i tikməyə icazə verilir. İKS-lə əvəz edilmiş samitlərinin təkrarlanmadığı iki sözü yazın. Cavab: sinif otağı Sayılma meyarı: dərs otağı Şərh: sinif otağı avtoritar formadır, deputatlar şagirdlər tək düzbucaqlı zalda əyləşir, müəllimin isə öz xüsusi yeri var. Fallout Shelter oyunu öz otaqları ilə məşhurdur.

Riyaziyyatçı Xoakin Navarro yazır ki, peşəkar riyaziyyatçılarda Ferma teoremi xüsusi entuziazm yaratmırdı. Məsələn, Qauss və Gilbert kimi dahi riyaziyyatçılar bu teoremə xüsusi diqqət yetirmirdilər. Daha sonra müəllifin bir qədim əsəri xatırladığını nəzərə alaraq Ferma teoreminin bu müqayisədə hansı meyvə qismində çıxış etdiyini tapın. Cavab: üzüm Sayılma meyarı: dəqiq cavab Şərh: Ezopun təmsilini xatırlayan Navarro yazır ki, riyaziyyatçı tülkülərin əli üzümə çatmadığından onlar özlərini elə aparırlar ki, sanki bu üzüm kaldır.

İspaniyada yerləşən bu şəhərin adı bir versiyaya görə, “sadə” mənası verən ərəb sözündən törəmişdir. Şəhəri təmsil edən futbol klubunun məşhur futbolçusu haqqında Vikipediya məqaləsində isə Xarkovun “Mayak” və “Metallist” klublarının adı çəkilir. Həmin futbolçunun soyadını yazın. Cavab: Qasımov Sayılma meyarı: Vəli Qasımov Şərh: Albasete şəhərinin adı “əl-Bəsit” sözündən törəmişdir. Bəsit sözü dilimizdə də sadə mənasında işlədilir. Bir müddət Albasete klubunda oynamış Vəli Qasımov öz karyerasına Xarkov klublarında başlamışdı.

1920-ci illərdə çəkilmiş “Balaca paroxod Villi” cizgi filmində paroxoda minən keçi gitaranı və notları yeyəndən sonra Minni bunu edir və keçi musiqi səsləndirir. Minninin nə etdiyini tapın. Cavab: keçinin quyruğunu fırladır Sayılma meyarı: dəqiq cavab Şərh: Keçi sanki o dövrün qrammofonlarına bənzədilir.

Evan Oznos yazır ki, “vəhşi ürək” anlayışını izah etmək üçün çinlilər qu quşunu udmağı arzulayan qurbağanı xatırlayırlar. Siz isə bu anlayışı bir əcnəbi sözlə yazın. Cavab: ambisiya Sayılma meyarı: dəqiq cavab

Sonda o üç oğlu ilə hökmdarın yanına gəldi: “onlardan biri gəzir, digəri iməkləyir, üçüncüsü isə süd əmirdi”. Onun adını yazın. Cavab: Şəhrizad Sayılma meyarı: dəqiq cavab Şərh: Yoxsa siz elə bilirdiniz ki, 1001 gecə ərzində o Şəhriyara ancaq nağıl danışırdı?

Создайте собственную анкету бесплатно ✓ Survio Вам поможет